Sabiq klub prezidenti anasının dəfnində öldürüldü - ŞOK HADİSƏ!

14 Yanvar 18:20 Hadisə 784
Sabiq klub prezidenti anasının dəfnində öldürüldü - ŞOK HADİSƏ!

Fransada faciəli hadisə baş verib: 71 yaşlı Alen Orsoni, “Ayaçço” futbol klubunun sabiq prezidenti anasının dəfni zamanı açıq atəş nəticəsində qətlə yetirilib.

Sportinfo.az “France 3” telekanalına istinadən xəbər verir ki, cinayətkarın axtarışları davam edir.

Bu hadisənin səbəbi futbol deyil, Orsoninin siyasi fəaliyyəti ilə bağlıdır.

Fransada futbol sahəsində konfliktlər, adətən, sadəcə cərimələr və ya oyunçularla dava ilə məhdudlaşır, amma Orsoninin siyasi keçmişi daha təhlükəli olub.

Alen Orsoni əvvəllər Korsika azadlıq hərəkatının fəal üzvü olub. Ada əhalisinin əsas hissəsi italyan mənşəlidir. Onun italiyalı soyadı da bu səbəbdən formalaşıb. Orsoninin qardaşı Alen Qai də 1980-ci illərdə öldürülüb.

Orsoni futbol sahəsində “Ayaçço” klubuna 17 il rəhbərlik edib. Komanda əsasən Fransanın yüksək liqasında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!
21 Aprel 02:00 "Turan Tovuz"da iki...