“Premyer Liqada sonuncu pillədən qurtulacağıq"

13 Yanvar 02:10 Hadisə 422
“Premyer Liqada sonuncu pillədən qurtulacağıq"

"Karvan-Yevlax"sonuncu pillədən qurtulmağı hədəfləyir.

Sportinfo.az xəbər verir ki, bunu Yevlax təmsilçisinin kapitanı Araz Abdullayev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, komandasının qış hazırlığı barədə danışıb:

"Qış hazırlığımız yaxşı keçir. Mən və komanda yoldaşlarım məşqlərdə səylə çalışırıq. Gündə iki dəfə olmaqla hazırlığımız davam edir.

Baş məşqçimiz Füzuli Məmmədovun məşqlərdə verdiyi tapşırıqları layiqincə yerinə yetirməyə çalışırıq.

Fikrimcə, "Sabah"la çempionat oyununa qədər tam hazır olacağıq.

Əsas fikrimiz sonuncu pillədəki mövqeyimizi tərk edib, yuxarı sıraya yüksəlməkdir. Düşünürəm ki, bunu biz komanda olaraq bacaracağıq".

"Karvan-Yevlax" yoxlama oyununda, yanvarın 17-də Yevlaxda "Kəpəz"lə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!
21 Aprel 02:00 "Turan Tovuz"da iki...