Yığmanın kapitanını 6 aylıq icarəyə götürdülər - FOTO

12 Yanvar 09:40 Hadisə 1 825
Yığmanın kapitanını 6 aylıq icarəyə götürdülər - FOTO

Premyer Liqanın ilk yarısında çox pis göstəricilər əldə edən «Karvan» transfer çalışmalarını sürətləndirib.

16 turdan sonra turnir cədvəlinin «dib»ində yer almış Yevlax təmsilçisi Emin Rüstəmovu icarəyə götürüb.

«Səbail»ə məxsus yarımmüdafiəçi mövsümün sonunadək «sarvanlar»ın formasını geyinəcək.

14 ildən sonra elitaya dönmüş «Karvan» U-21 yığmasının kapitanından öncə «Sabah»dan Rauf Rüstəmlini icarə əsasında sıralarına qatıb.

Həmçinin mövsümün birinci hissəsini I Liqada – «Mingəçevir»də keçirmiş hücumçu Qurban Səfərovla 6 aylıq müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM