“Qarabağ”ın satdığı hücumçu yeni komandasında necə qarşılandı? - VİDEO

12 Yanvar 08:30 Hadisə 5 627
“Qarabağ”ın satdığı hücumçu yeni komandasında necə qarşılandı? - VİDEO

“Qarabağ”ın keçmiş legioneri Juninyonun karyerasını Meksikada davam etdirəcəyi ilə bağlı məlumat vermişdik.

Bbraziliyalı hücumçu “Flamenqo”dan ayrılaraq, “Pumas” ilə rəsmi müqavilə imzalayıb.

Onun təqdimatının gecikməsinə səbəb Rio de Janeyro klubunun FIFA Klublararası turnirdə çıxış etməsi olub. “Flamenqo”nun PSJ-yə məğlubiyyətindən sonra futbolçunun transferi rəsmən başa çatdırılıb.

Juninyo peşəkar karyerasına 2015-ci ildə başlayıb və indiyədək 10 klubda çıxış edib.

2023-2024-cü illrədə “Qarabağ”ın heyətində çıxış edərkən, həm Azərbaycan Premyer Liqasında, həm də avrokuboklarda göstərdiyi performansla diqqət çəkib.

Ağdam təmsilçisi onun “Flamenqo”y satışından 5 milyon avro qazanıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu yeni komandası olan “Pumas”da ilk məşqlərə qatılıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"