“Arsenal”ın ulduzu Deklan Rays 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Sportinfo.az xəbər verir ki, buna səbəb onun “Land Rover” avtomobili ilə bir həftə ərzində eyni yolda iki dəfə sürət həddini aşmasıdır.
O, birinci dəfə yanvarın 3-də Londonda yerləşən malikanəsinin yaxınlığındakı şossedə icazə verilən 48 km/saat sürət həddi olan zonada avtomobili 60 km/saat sürətlə idarə edib.
Deklanın sonuncu dəfə qayda pozuntusu isə yanvarın 8-də baş verib. Belə ki, o, eyni yolda bu dəfə 64 km/saat məhdudiyyət olan ərazidə 79 km/saat sürətlə hərəkət edərkən saxlanılıb.
Nəticədə Deklan Rays 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib və 2185 funt-sterlinq (4,980.03 AZN) məbləğində cərimələnib.

