Ağır vəziyyətdə olan elita komandasında üçüncü ayrılıq

10 Yanvar 10:40 Hadisə 1 610
Ağır vəziyyətdə olan elita komandasında üçüncü ayrılıq

«Karvan»ın baş məşqçisi Füzuli Məmmədov xoşuna gəlmədiyi oyunçuları bir-bir düşərgədən uzaqlaşdırmağa davam edir.

Noyabrın sonunda Yevlax təmsilçisinin sükanı arxasına əyləşmiş mütəxəssis üçüncü futbolçunun üzərindən qara xətt çəkib.

Bu, Qabil Əlizadədir. O, ötən ilin yayında 1 illik müqaviləyə imza atmış 25 yaşlı yarımmüdafiəçinin xidmətinə ehtiyac duymayıb.

F.Məmmədov daha öncə iranlı stopper Səid İranxan və sağ cinah müdafiəçisi Nika Çaçaşvilinii komandadan göndərib. Yəqin ki, bu «təmizləmə»nin ardı gələcək.

Çünki «sarvanlar» Premyer Liqada qış fasiləsinə sonuncu - 12-ci pillədə yollanıb və heyətin gücləndirilməsi qaçılmazdır.

Baş məşqçi gözünü yalnız yerli bazara dikib, belə ki, rəhbərlik yeni legionerlərinə alınmasına büdcə ayırmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"