Premyer Liqanın turnir cədvəlinin doqquzuncu sırasındakı İmişıi mövsümün sürpriz komandasıdır.
Hələ çempionatın startı ərəfəsində PFL-in hazrladığı klubların təqdimat video-rolikində “İmişli”nin loqosundakı pələngin nəriltisini görəndə, bu, çoxuna qeyri-adi gəlmişdi.
Amma sən demə, pələng boşuna nərildəmirmiş. “İmişli”yə “qitələrarası klub” demək olar.
Komanda ev oyunlarını keçirmək üçün sözün əsl mənasında bir qitədən digərinə - Azərbaycanın coğrafi olaraq Asiya hissəsində yerləşən İmişlidən Avropa hissəsindəki Qubaya gedir.
İmişlidən Qubayadək olan 370 km məsafəni nəzrə alsaq, buna “ev oyunu” deməyə adamın dili də gəlmir.
Ancaq klubun bu məsafəni hər oyenda qət edən sadiq azarkeşləri var ki, onların sevgisini, əziyyətini xüsusi vurğulamaq lazımdır.
“İmişli” məhdud büdcəsinə, ofisində cəmi bir neçə əməkdaşın çalışmasına, stadionsuz, bazasız qalmasına baxmayaraq, mövsümün əvvəlində onların uğruna şübhəylə yanaşanları peşman edib.
Bu isə baş məşqçi Jorj Kaskilyanın sayəsindədir. 56 yaşlı portuqaliyalı mütəxəssis son illərdə Portuqaliya və Çexiyanın ikinci liqalarındakı klublarda çalışıb və onların heç birində 6-7 aydan artıq işləməyib.
Yalnız Portuqaliyada - ən uğurlu baş məşqçilik dövrünü keçirdiyi “Moreyrense”də 3,5 il işləyib, onun da üzərindən 12 il keçir. Buna rəğmən, Kaskiıya özünə yad mühit və mentaliteti, çempionatın nəbzini tez tutdu.
Onun komandası “Zirə” ilə hər iki matçda heç-heçə edib, “Sabah”ı isə duellərdən birində məğlub edib. Hələ “Sumqayıt”a qalib gəldikləri oyundan sonra aldııqları texniki məğlubiyyət olmasaydı, indi 20 xalları vardı.
Diqqətzilikdən adı protokolda olmayan İbrahim Əlyevin əvəzetmədən meydana çıxması sonda 1:0 qalib gəldiklıri oyunun texniki məğlubiyyətlə əvəzlənməsiylə nəticələndi.
Bir sözlə, “İmişli” haqqında ilk 16 turdakı oyununa görə yalnız xoş sözlər demək olar.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

