"Bakı–Xankəndi"nin maskotu müəyyənləşdi

10 Yanvar 04:00 Hadisə 443
"Bakı–Xankəndi"nin maskotu müəyyənləşdi

"Bakı–Xankəndi" Azərbaycan Velosiped Yarışının maskotu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib.

Federasiya tərəfindən yarışın maskotu kimi milli-mənəvi dəyərləri, güc və dözümlülüyü simvolizə edən Qarabağ atı seçilib.

AzVİF rəsmi maskotunun hazırlanması ilə bağlı müsabiqə elan edib.

Müsabiqənin məqsədi Qarabağ atı obrazını müasir dizayn yanaşması ilə təqdim edən, velosiped idmanının dinamizmini və Azərbaycanın mədəni irsini əks etdirən yaddaqalan maskotun yaradılmasıdır.

"Bakı–Xankəndi" Azərbaycan Velosiped Yarışı mayın 10-14-ü aralığında təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"