“Xəzər Lənkəran”ın yetirməsi dünyasını dəyişib.
Cəfər Mirzəyev bir neçə gün öncə haqq dünyasına qovuşub.
İnfarkt keçirən keçmiş futbolçunun toy mərasimində halının pisləşdiyi deyilir.
Mirzəyev xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Futbolda ilk addımlarını “Xəzər Lənkəran”ın Futbol Akademiyasında atan mərhum bütün yaş qruplarından ibarət komandaların şərəfini qoruyaraq əsas komandaya qədər yüskəlib.
Cənub təmsilçisi tarixin yaddaşına qovuşandan sonra Cəfər futboldan ayrılmayıb.
Bir müddət bölgədəki futbol turnirlərində hakim kimi fəaliyyət göstərib, daha sonra “Xan Lənkəran” və “Girdəni” FK-nın məşqçisi olub.
Sosial şəbəkələrdə yazılanlardan Mirzəyevin Lənkəran futbolunda kifayət qədər sevildiyini görmək çətin deyil.
Allah rəhmət eləsin!
HƏBİB / SPORTİNFO.AZ

