“Xəzər Lənkəran”ın formasını geyindi, futbolu atdı, şirkət rəhbəri oldu - FOTO

7 Yanvar 20:40 Hadisə 1 219
“Xəzər Lənkəran”ın formasını geyindi,  futbolu atdı, şirkət rəhbəri oldu - FOTO

Azərbaycan millisinin sabiq üzvü futboldan uzaqlaşıb.

Vaxtilə “Sumqayıt” və “Xəzər Lənkəran”ın formasını geyinən, Berti Foqtsun dönəmində Azərbaycan yığmasına dəvət olunan Uğur Pamuk karyerasını erkən başa vurub.

Müdafiəçi 2020-ci ildə, 31 yaşında butslarını mismardan asmaq qərarına gəlib.

Maraqlıdır ki, yaşıl meydanlara “əlvida” deyəndən sonra 22 il məşğul olduğu idman növündə qalmağı məqsədəuyğun saymayıb. Nə məşqçi, nə agent, nə də klub funksionerliyinə isti yanaşıb.

O, tam başqa sahəyə üz tutub. Atasının dəstəyi ilə tikinti şirkəti yaradıb. Və hazırda həmin şirkətə rəhbərlik edir.

1989-cu ildə Almaniyanın Bilefeld şəhərində anadan olan Uğurun əsli Türkiyənin İğdır bölgəsindədir.

Karyerasının əsas hissəsi Almaniya klublarına aid olsa da, müxtəlif illərdə Azərbaycanda və Türkiyədə top qovub.

HƏBİB / SPORTİNFO.AZ

Uğur Pamuk:

Digər Xəbərlər
Xəbər Lenti