"Nə baş verdiyini kiməsə izah etməyə ehtiyac duymuram, bunu özüm üçün saxlayacam"

7 Yanvar 10:20 Hadisə 199
"Nə baş verdiyini kiməsə izah etməyə ehtiyac duymuram, bunu özüm üçün saxlayacam"

Nigeriya millisinin baş məşqçisi Erik Şell Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Mozambik yığması üzərində qazanılan 4:0 hesablı qələbədən sonra açıqlama verib.

Qarşılaşmada əsas diqqət 64-cü dəqiqədə Viktor Osimhenlə Ademola Lukman arasında yaşanan epizoda yönəlib.

Belə ki, hücumların birindən sonra Osimhen komanda yoldaşı Lukmana narazılığını bildirib. Bir neçə dəqiqə sonra isə “Qalatasaray”ın hücumçusu əvəzlənib.

Sportinfo.az “Pulsе Sports”-a istinadən xəbər verir ki, hadisəyə münasibət bildirən Şell məsələni böyütmək istəməyib:

“Bu, mənim idarəetməmlə bağlı məsələdir. Nə baş verdiyini kiməsə izah etməyə ehtiyac duymuram.

Bunu özüm üçün saxlayacam. Komandada baş verən hər şey komandada qalacaq”.

Viktor Osimhenin Nigeriya millisinin bombardiri olmaq üçün cəmi 4 qola ehtiyacı var. Onun hesabında hazırda 34 qol var.

Rekord isə 1980-1990-cı illərdə millidə çıxış etmiş Raşidi Yekiniyə məxsusdur – 37 qol.

Nigeriya yığması yanvarın 10-da keçiriləcək 1/4 finalda Əlcəzair və ya Konqo Demokratik Respublikası ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti