"Qarabağ"a iki qol vuran hücumçu Yunanıstan komandası ilə müqavilə imzaladı

7 Yanvar 02:30 Hadisə 304
"Qarabağ"a iki qol vuran hücumçu Yunanıstan komandası ilə müqavilə imzaladı

AEK (Yunanıstan) Macarıstan millisinin futbolçusu Barnabas Varqanı heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı hücumçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Bundan öncə ölkəsində "Ferentsvaroş"un formasını geyinən futbolçu cari mövsüm Macarıstan çempionatında 17 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Macarıstanlı futbolçu Çempionlar Liqasında 6 matçda 6 qol, Avropa Liqasında isə 6 qarşılaşmada 4 qol vuraraq diqqət çəkib.

Barnabas Varqan Çempionlar Liqasının pley-off mərhələsində bu mövsüm vurduğu 6 qoldan 2-ni "Qarabağ"ın qapısından keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!