“Neftçi”nin baş məşqçi postuna namizədlə 4 illik müqavilə imzalandı

7 Yanvar 02:00 Hadisə 952
“Neftçi”nin baş məşqçi postuna namizədlə 4 illik müqavilə imzalandı

Viktor Qonçarenko Belarus millisinin baş məşqçisi təyin edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.

Viktor Qonçarenkonun son iş yeri Rusiyada “Pari NN” olub.

Belaruslu mütəxəssis Nijni Novqorod təmsilçisini 2024-cü ilin oktyabrından 2025-ci ilin iyun ayına qədər çalışdırıb.

Onun rəhbərliyi altında “Pari NN” bütün turnirlərdə ümumilikdə 22 oyun keçirib. Bu matçlarda komanda 6 qələbə, 4 heç-heçə edib və 12 məğlubiyyət alıb.

Qonçarenko bu yaxınlara qədər “Neftçi”nin baş məşqçi vəzifəsinə də namizədlərdən idi.

Qonçarenko məşqçilik karyerası ərzində bir sıra tanınmış klublarda da çalışıb. O, Belarusda BATE, Rusiyada “Kuban”, “Ural”, “Ufa”, Moskva SSKA-sı, eləcə də “Krasnodar”da işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!