Vətəndaşlığı olan və 35 dəqiqə oynatdıqları müdafiəçiyə "get” dedilər

6 Yanvar 23:00 Hadisə 2 043
Vətəndaşlığı olan və 35 dəqiqə oynatdıqları müdafiəçiyə "get” dedilər

Elityada qalmaq uğrunda mübarizə aparan “Karvan-Yevlax”da daha bir ayrılıq gerçəkləşib.

Səid İranxanın ardınca daha bir futbolçu yola salınıb.

Bu, Premyer Liqada şans qazanmayan, yalnız Azərbaycan kubokunda 35 dəqiqə meydanda olan Nika Çaçaşvilidir.

21 yaşlı sağ cinah müdafiəçisinin ad-soyadı Gürcüstana xas olsa da, Azərbaycan vətəndaşlığını daşıyır. Bu, valideynlərindən birinin Azərbaycan vətəndaşı olmasına görədir.

Maraq üçün bildirək ki, iki futbolçu ilə yollarını ayıran bölgə təmsilçisi iki oyunçu ilə güclənib.

“Sumqayıt”dan ayrılan Rauf Rüstəmli ilə “Mingəçevir”i tərk edən Samir Abdullayev bundan sonra ağ-qara formanı geyinəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!
21 Aprel 02:00 "Turan Tovuz"da iki...