Əmioğlu kapitanın yanına gəldi – Premyer Liqa TRANSFERİ

6 Yanvar 19:00 Hadisə 1 862
Əmioğlu kapitanın yanına gəldi – Premyer Liqa TRANSFERİ

Qış fasiləsinə turnir cədvəlinin sonuncusu kimi yollanan “Karvan-Yevlax” transfer çalışmalarını davam etdirir.

Bir müddət öncə “Sumqayıt”dan ayrılan Rauf Rüstəmli ilə razılıq əldə edən bölgə təmsilçisi daha bir futbolçunun keçidini həll edib.

Yevlaxlılar Samir Abdullayevlə güclənib.

Hazırda “Karvan-Yevlax”ın kapitan sarğısını daşıyan Araz Abdullayevin dost-doğma əmisi oğlu olan 23 yaşlı futbolçu yeni klubu ilə mövsümün sonuna qədər anlaşıb.

Samirin sərgiləyəcəyi oyun baş məşqçi Füzuli Məmmədovu qanr etsə,sözləşmənin müddəti 1 il uzadılacaq.

2022-2025-ci illər aralığında Premyer Liqada “Səbail”in uğurları üçün tər tökmüş “solaxay”ın sonuncu iş yeri I Liqada “Mingəçevir” olub.

O, Premyer Liqada “Keşlə” (indiki “Şamaxı”) və “Səbail”in heyətində forma geyindiyi 71 qarşılaşmada 2 qolla fərqlənib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!