Azərbaycan klubundan getdi, saxta sənədlər hazırladı, FİFA araşdırdı, “ilişdi”

01:03 Hadisə 96
Azərbaycan klubundan getdi, saxta sənədlər hazırladı, FİFA araşdırdı, “ilişdi”

FIFA saxta sənədlərə görə Malayziya millisinin 7 futbolçusunu 1 il müddətinə cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, cəza alanlar arasında İspaniya La Liqasında çıxış edən “Alaves”in müdafiəçisi Fakundo Qarses də yer alır.

Sanksiya tətbiq olunan digər futbolçular isə Qabriel Felipi, Rodriqo Olqado, İmanol Maçuka, Joau Fiqeyredu, Con İrasabal və Ektor Aleksandro Xevel Serranodur. Onların əksəriyyətinin Argentina, İspaniya, Braziliya və Niderland mənşəli olduğu bildirilir.

Siyahıda İrasabal adı diqqətinizi çəkməlidir. Yayda 3 il oynadığı “Sabah”ı tərk edərək “Johor” klubuna keçən müdafiəçi də diskvalifikasiya edilib.

O, gözlənilmədən Azərbaycanı tərk edərək Malayziyaya yollanmışdı. İspan futbolçunun valideynlərinin Malayziya ilə bağlılığı olduğu, bu üzdən sözügedən ölkənn millisində oynayacağı deylirdi. Görünən odur ki, bütün bunlar saxta sənədlər əsasında mümkün olub.

FIFA-nın açıqlamasına görə, Malayziya Futbol Assosiasiyası sözügedən oyunçuları yarışa buraxmaq üçün saxta sənədlər təqdim edib.

Futbolçular Asiya Kubokunun təsnifat mərhələsinin üçüncü raundunda Vyetnamla keçirilən görüşdə (4:0) iştirak ediblər.

Qərara əsasən, hər bir futbolçuya futbolla bağlı bütün fəaliyyətlərdə iştirak qadağan olunub və onlara təxminən 2100 avro (təxminən 4170 AZN) cərimə kəsilib. Malayziya Futbol Assosiasiyası isə 374 min avro (təxminən 742 577 AZN) ödəməli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 20:00 Çək və bizə göndər!
28 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM