
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
Gənclər Liqasının “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz”in futbolçusu Nihad İsaqov qarşılaşmanın 83-cü dəqiqəsində təcavüzkar davranışa (rəqibi vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
“Sumqayıt”ın futbolçusu Raul Əliyev də təcavüzkar davranışa (rəqibi vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
U-15 Liqasının “Karvan-Yevlax” – “Xocalı” oyununda “Xocalı”nın futbolçusu İman Niftəliyev qarşılaşmanın 64-cü dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.