
Yaxınlarda "Zirə"dən ayrılan Yusuf Lavalın yeni klubu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, nigeriyalı vinger karyerasını İraqda davam etdirəcək.
27 yaşlı afrikalı "Əl-Karx"a keçib.
Laval 2024-cü ilin yayından "Zirə"də çıxış edirdi. O, 2020-2022-ci illərdə "Neftçi"nin şərəfini qoruyub.
Yusuf Laval ötən mövsüm ərzində meydanda olduğu 10 oyunda bir qol müəllifi olub.