Əliyev “Qəbələ”yə görə ölkədən qaçmaq istəyən qapıçını qınadı - FOTOLAR

23 Sentyabr 2025 12:40 Hadisə 660
Əliyev “Qəbələ”yə görə ölkədən qaçmaq istəyən qapıçını qınadı - FOTOLAR

Ukrayna yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev “Şaxtyor”un və “Dinamo”nun keçmiş qapıçısı Artur Rudkonu Ukraynadan qaçmaq cəhdinə görə tənqid edib.

Sportinfo.az xəbər verir ki, onun sözlərini “Tribune” yayıb.

“Nə deyim? Yaxşı, heç nə. Müqavilə yox idi, indi o, yeni müqavilə imzalayacaq.

O, “Dinamo” və “Şaxtyor”la müqavilə bağlamışdı, indi isə Ukrayna Silahlı Qüvvələri ilə çoxdan gözlənilən müqaviləni imzalayacaq. Heç nə. Ölkənin şərəfini qorumaq lazımdır, ondan qaçmaq yox”, – Əliyev deyib.

Qaçmaq üçün 8000 dollar ödədi, yaxalandı - Bu hadisədə

Artur Rudko ölkəni qanunsuz tərk etməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb. 33 yaşlı kiper karyerasını Azərbaycanda - "Qəbələ”də davam etdirməyi planlaşdırırmış.

Lakin sərhəd keçidindəki uğursuz cəhd bu planı pozub və indi onun müqavilə imzalamaq şansı yoxdur.

Rudko Ukrayna-Moldova sərhədini keçməkdə uğursuz cəhdindən sonra saxlanılıb. Qanunsuz çıxışın təşəbbüskarı isə bir “teleqram” kanalı olub. Qaçışa qatılan hər kəs 8 min dolları kriptovalyuta ilə ödəməli idi.

Rudkonun karyerasındakı son klub “Çernomorets” olub. Oranı 2024/25 mövsümündə tərk edib. O, azad agent olub.

Ukraynadakı müharibə ilə əlaqədar hərbi xidmətə çağırışı olan şəxslər yalnız müvafiq dövlət qurumlarının icazəsi ilə ölkəni tərk edə bilərlər.

Rudko hazırda Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzində saxlanılır.

Azərbaycan klubu ilə müqavilə bağlamaq üçün ölkədən qaçmaq istədi, həbs olundu! - FOTO

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti