Azərbaycan A qrupunda Tacikistan və Qırğızıstan ilə qarşılaşacaq

08:40 Hadisə 147
Azərbaycan A qrupunda Tacikistan və Qırğızıstan ilə qarşılaşacaq

Azərbaycanda təşkil olunan III MDB Oyunlarında futbol yarışının püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə, Azərbaycan U-16 millisi A qrupunda Tacikistan və Qırğızıstan ilə qarşılaşacaq.

B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər.

Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər.

Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

A qrupu

27 sentyabr

12:00. Tacikistan – Azərbaycan

29 sentyabr

14:00. Qırğızıstan – Tacikistan

1 oktyabr

14:00. Azərbaycan - Qırğızıstan

B qrupu

27 sentyabr

14:00. Belarus – Rusiya

29 sentyabr

12:00. Belarus – Özbəkistan

1 oktyabr

12:00. Rusiya – Özbəkistan

3 oktyabr

12:00. 5-ci yer uğrunda matç

14:00. 3-cü yer uğrunda matç

4 oktyabr

14:00. Final


Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 08:20 "Sabah" və "Şamaxı" sevindi