“Qızıl top” onun oldu, göz yaşını saxlaya bilmədi - FOTOLAR

23 Sentyabr 2025 10:00 Hadisə 624
“Qızıl top” onun oldu, göz yaşını saxlaya bilmədi - FOTOLAR

“Qızıl top” mükafatının qalibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, 2024/25 mövsümündə mükafatın qalibi PSJ-nin və Fransa millisinin ulduzu Usman Dembele olub.

“Barselona”nın və İspaniya millisinin vingeri Yamin Lamal ikinci yeri tutub.

2024/25 mövsümündə Dembele PSJ ilə birgə 5 mükafat qazanıb. O, Fransa çempionatının, ölkə kubokunun, Superkubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.

Fransız futbolçu ötən mövsüm 53 oyunda 35 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub. Dembele mükafanı alarkən göz yaşlarını saxlaya bilməyib.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti