Dünyanın ən seksual qadın futbolçusu bu FOTOLARı ilə hər kəsi valeh etdi

03:10 Hadisə 97
Dünyanın ən seksual qadın futbolçusu bu FOTOLARı ilə hər kəsi valeh etdi

Ulduz qadın futbolçu, İsveçrə yığmasının üzvü Alişa Lemann “Yuventus”dan “Komo”ya transfer olunmaqla gündəmə gəlib.

İndi isə o, hətta istirahət zamanı da topdan ayrı düşmədiyini nümayiş etdirir.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı gözəl sosial şəbəkələrdə göl mənzərəsi fonunda hovuz kənarında günəşdən həzz alarkən çəkilmiş şəkillərini paylaşsa da, ən çox diqqət çəkən isə komanda yoldaşı Ramona Pettselbergerlə birlikdə məşq etdiyi video olub.

Dünyanın ən seksual qadın futbolçusu hesab edilən Lemann orada topa nəzarət bacarığını nümayiş etdirib.

Futbolçunun 16,4 milyonluq “Instagram” səhifəsindəki fanatları onun idman formasını və sərbəst üslubunu bəyənərək paylaşımı "rəy yağışı"na tutublar.

Alişa ötən yay “Yuventus”a keçmişdi. Onun transferi “Aston Villa”dan alınan keçmiş sevgilisi Duqlas Luisin xahişi ilə gerçəkləşmişdi. Turin təmsilçisinin heyətində 22 oyun keçirən qadın futbolçu 2 qol vurmuşdu.

Aprelin sonunda ulduz futbolçu ilə Duqlas Luisin münasibəti başa çatıb. Onlar təxminən bir il birlikdə olublar.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 08:20 "Sabah" və "Şamaxı" sevindi
22 Sentyabr 03:10 "İmişli" birinci deyil
22 Sentyabr 03:00 Azərbaycan “HƏ” deyib?
22 Sentyabr 02:10 Qismətin qismətində olan