“1 il 7 aydır ki, sərhəddə əsgər ölməyib, sülh budur”

21 Sentyabr 2025 07:10 Hadisə 367
“1 il 7 aydır ki, sərhəddə əsgər ölməyib, sülh budur”

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla əldə olunan sülhü yüksək qiymətləndirib.

O, bu barədə hakim “Vətəndaş Müqaviləsi” partiyasının qurultayındakı çıxışı zamanı danışıb.

“Sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və dəstəyi, mənim və Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi Bəyannamə ilə bərqərar oldu.

Bir il yeddi aydır ki, Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində bir nəfər də əsgər ölməyib və yaralanmayıb.

Sülh budur və bizim məqsədimiz odur ki, bu bir il yeddi ay iki, üç, beş, 50, 100 ilə çevrilsin və Ermənistanın bütün sərhədlərinə toxunsun”, - deyə Paşinyan qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti