"Qarabağ"ın ulduzu qız atası oldu - VİDEO

01:20 Hadisə 184
"Qarabağ"ın ulduzu qız atası oldu - VİDEO

"Qarabağ”ın braziliyalı ulduzu Kadi Borges ikinci dəfə ata olub.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin qız övladı dünyaya gəlib.

Bu barədə Bakıda fəaliyyət göstərən "Liv Bona Dea Hospital" öz sosial şəbəkə hesabında məlumat yayıb.

“Qarabağ FK futbolçusu Kadi Borges Liv Bona Dea Hospitalda ata oldu. Qarabağımızın sevimli legioneri Kadi Borges Liv Bona Dea Hospitalda valideynlik sevincini yaşayıb. Futbolçumuzun qız övladı dünyaya gəlib”, – məlumatda deyilir.

Braziliyalı futbolçu Samara adlı azərbaycanlı qadınla evlidir. Cütlüyün bu nikahdan daha əvvəl də bir qız övladı olub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 17:40 Hələlik göydə uçurlar…
20 Sentyabr 16:00 O, gecikir, rəhbərlik susur
20 Sentyabr 14:00 Premyer Liqamızın Anandı