Dünya idmanının məşhurları Bakıda qutab bişirdi - VİDEO+FOTOLAR

02:10 Hadisə 81
Dünya idmanının məşhurları Bakıda qutab bişirdi - VİDEO+FOTOLAR

Bakıda “Formula 1 Azərbaycan Qran-Prisi” start götürüb. Yarışın ilk günü bir sıra maraqlı anlarla yadda qalıb.

Sportinfo.az xəbər verir ki, belə anlardan biri də Formula 1 pilotlarının Azərbaycan mətbəxinin təamlarını hazırlaması olub.

Belə ki, “Alpine” komandasının sürücüləri Franko Kolapinto və Pyer Qasli, eləcə də “Red Bull”un pilotu Yuki Tsunoda Paddock ərazisində qutab bişiriblər.

Məşhur pilotların milli təamlarımızı hazırlaması ətrafdakı qonaqlar tərəfindən maraqla qarşılanıb. Sonda pilotlar həmkarlarını və qonaqları hazırladıqları qutablara qonaq ediblər.

Pilotların həmin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb:



Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 07:20 Bir sutkanın iki ilidir...