“Fənərbağça”nı çalışdırmaqla səhv etdim, “Benfika” mənim səviyyəmə qayıdışdır”

19 Sentyabr 2025 10:00 Hadisə 537
“Fənərbağça”nı çalışdırmaqla səhv etdim, “Benfika” mənim səviyyəmə qayıdışdır”

Xəbər verdiyimiz kimi, “Benfika” Joze Mourinyonu baş məşqçi postuna təyin edib.

Lissabon təmsilçisi 62 yaşlı mütəxəssislə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında bunları deyib:

“Mən “Fənərbağça”nı çalışdırmaqla səhv etdim. “Benfika” isə mənim səviyyəmə qayıdışdır, çünki mənim səviyyəm dünyanın ən böyük klublarını çalışdırmaqdır”.

Mourinyo bu postda ötən gün istefaya göndərilən Brunu Lageni əvəzləyib. Lage Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a 2:3 hesablı məğlubiyyətdən sonra işindən qovulub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!