
Azərbaycanın sevilən meyxanaçılarından olan Bəlaəli özünə yeni biznes qurub.
Tanınmış söz ustası futbol azarkeşlərini bir araya gətirməyi qərara alıb.
O, bu niyyətlə Bakıxanovdakı tanınmış obyektlərin birini icarəyə götürərək orada futbol matçlarını seyr etmək üçün şərait yaradıb.
Böyük ekranlı monitorlarda dünya və Avropada keçirilən səs-küylü oyunları izləmək mümkün olacaq.
Balaəli açılışdan hazırlanan videoda obyektin siftəsinin “Qarabağ” – “Benfika” qarşılaşmasına təsadüf edəcəyini və tanınmış meyxanaçıların həmin gün orada olacağını bildirib.
Oyunun nəticəsini düzgün tapan masadan hesab alınmayacağını, günlərin birində “Qarabağ” komandasını sahibi olduğu məkana qonaq qismində dəvət edəcəyini də sözlərinə əlavə edib.
Maraq üçün bildirək ki, Balaəli Bakının Maştağa kəndindən olsa da, “Qarabağ”ın qatı azarkeşi kimi tanınır.
HƏBİB / SPORTİNFO.AZ