“Ölməmişəm” dedi - Ölüm xəbəri yayılan sabiq futbolçu

16 Sentyabr 2025 10:00 Hadisə 479
“Ölməmişəm” dedi - Ölüm xəbəri yayılan sabiq futbolçu

“Barselona” ilə Çempionlar Liqasının ikiqat qalibi olan fransalı sabiq futbolçu Erik Abidal ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib.

Sportinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

2011-ci ildə qaraciyər şişi diaqnozu qoyulan sabiq futbolçunun bəzi xəbər portallarında ölümü ilə bağlı xəbər tirajlanıb. 46 Abidal məsələyə bu cür münasibət bildirib:

“Bu cür söz-söhbətlər olmamalıdır. Ailəmlə buradayam, yaxşıyam. Hər şeyə aydınlıq gətirmək üçün bunu yazdım. Dəstəyinizə görə təşəkkür edirəm. Gəlin, daha vacib məqamlara diqqət yetirək”.

Abidal futbolçu karyerası ərzində “Barselona”dan başqa, Fransanın “Monako”, “Lill” və “Lion”, Yunanıstanın “Olimpiakos” klublarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti