
Sentyabrın 11-də Bakının dəbdəbəli restoranlarının birində Qurban Qurbanov oğluna toy edib.
Musa Qurbanlı 23 yaşında subaylığın daşını atıb.
Futbol ictimaiyyətinin əksər üzvlərinin iştirak etdiyi toyda sürpriz adlar da olub. AFFA-nın sabiq baş katibi və icraçı vitse-prezidenti, hal-hazırda FİFA-da vəzifə daşıyan Elxan Məmmədov da dəvətlilər arasında yer alıb.
Nazir və yüksək vəzifəli məmurların iştirak etdiyi toy məclisinə AFFA rəsmiləri və İcraiyyə Komitəsinin üzvləri də çağırılıblar.
Qurban Qurbanovun bir vaxtlar məhz Elxan Məmmədovun təşəbbüsüylə millidən qovulduğunu nəzərə alsaq, sabiq baş katibin dəvəti əksər qonaqlarda təəccüb doğurub.
Çünki kuluarlarda bu iki nəfər arasında çoxdandır münasibətin olmadığına dair fikirlər səslənirdi.
Elxan Məmmədov məclisin yuxarı başında əyləşib. Özü də ondan sonra AFFA-nın baş katibi postunu tutmuş, indi münasibət saxlamadığı Sərxan Hacıyevlə üzbəüz…
Tanınmış futbol eksperti Emin Abbasov bu hadisəyə özünəməxsus şəkildə münasibət bildirib:
«Taleyinə işinə bir bax. Biz həmişə Elxan Məmmədovla müharibə eləmişik ki, Qurban Qurbanovun haqqına girirsən, ayağının altını qazırsan.
İndi Elxan Məmmədov Qurban Qurbanovovun məclisinin yuxarı başında, bizi isə heç qapıdan içəri keçməyə belə, layiq görmürlər. Həyatdır da…».
SPORTİNFO.AZ