Sevgilisinə bahalı hədiyyələri kimin puluyla alıb?

17 Aprel 2025 02:30 Hadisə 1 028
Sevgilisinə bahalı hədiyyələri kimin puluyla alıb?

“Qalatasaray”ın hücumçusu Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasında yaranan mürəkkəb münasibətlə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Sportinfo.az xəbər verir ki, Naranın sevgilisi Balde Keytaya hədiyyələri İkardinin pulu ilə aldığı məlum olub. Bu barədə “Corriere della Sera” məlumat yayıb.

Vandanın İkardinin “İnter”dən keçmiş komanda yoldaşı Balde ilə münasibətdə olduğu barədə informasiya ötən il yayılıb.

İndi məlum olub ki, o, argentinalı futbolçunun kredit kartı ilə ödəniş edərək sevgilisinə iki ədəd "Rolex" saatı hədiyyə edib.

Vanda və Keytin macərası hər iki futbolçunun Türkiyədə oynadığı vaxt başlayıb. Bildirilir ki, Nara Keyta ilə görüşə gedərkən uşaqlarını dəfələrlə otel otağına kilidləyib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi