Xocalıda icarəyə verilən göl yararsız hala düşdü - VİDEO

11 Aprel 2025 08:00 Hadisə 891
Xocalıda icarəyə verilən göl yararsız hala düşdü - VİDEO

“Xocalıda sahibkara icarəyə verilən göl yarasız hala salınıb.

Ətrafda olan yaşıllıq ərazi məhv olub, boz sahəyə çevrilib”.

Bu şikayətlə “qafqazinfo”ya işğaldan azad edilmiş ərazidə məskunlaşan vətəndaşlar müraciət ediblər.

Onların sözlərinə görə, gölün icarədən əvvəl və sonra çəkilmiş videogörüntülərində həmin fərq aydın hiss olunur.

Problemlə bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət etdik. Sorğumuza belə cavab aldıq: “Sözügedən göldən sahibkar balıqçılıq təsərrüfatı məqsədilə istifadə edəcək. Yəni, həmin göldə balıq yetişdirəcək. Təsərrüfat üçün yararlı olub-olmadığını araşdırmaq üçün göldən nümunələr götürülüb. Alınan nəticəyə görə göldə zərərli mikroblar, lil var və bu da balıq yetişdirməyə mane olan məsələdir”.

Xidmətdən həmçinin bildirilib ki, hazırda gölün suyunun təmizlənməsi prosesi gedir: “Bu səbəbdən də gölün suyunun təmizlənməsinə zərurət yaranıb. Hazırda gölün təmizlənməsi prosesi gedir. Yaxın vaxtlarda bu başa çatacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi