Azərbaycanda bu əraziyə pulsuz giriş qadağan edildi

11 Aprel 2025 07:40 Hadisə 855
Azərbaycanda bu əraziyə pulsuz giriş qadağan edildi

Palçıq Vulkanları Turizm Kompleksindən kənarda olan vulkanlara gediş qadağan olunub.

Bu sözləri axar.az-a Qobustan rayon sakinləri bildirib.

Sakinlərin sözlərinə görə, kompleksdən kənarda olan vulkana ziyarətə getməyə icazə verilmir.

Onlar bildiriblər ki, kompleksə daxil olan vulkan ərazilərinə giriş ödənişlidir, buna görə də ziyarətçilər əsasən kənar vulkanlara ziyarətə üstünlük verir. Turizm Agentliyi isə bunu qadağan etməklə, öz maraqlarını təmin etməyə çalışır.

Sakinlər həmçinin kompleksdən kənardakı vulkanlara turist ziyarəti üçün taksi və digər xidmətlər göstərdiklərini, bunun sayəsində dolandıqlarını, bu qadağanın onları çörəksiz qoyduğunu da bildirirlər.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, vulkanların təbii özünübərpa prosesi üçün tələb olunan zəruri müddət nəzərə alınaraq, mütəxəssislərin rəyi əsasında sözügedən əraziyə giriş müvəqqəti dayandırılıb və burada informasiya, mühafizə köşkü fəaliyyətə başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi