Dünya futbolunun canlə əfsanəsinin keçmiş cangüdəni ölü tapıldı - FOTOLAR

9 Aprel 2025 10:00 Hadisə 918
Dünya futbolunun canlə əfsanəsinin keçmiş cangüdəni ölü tapıldı - FOTOLAR

Əfsanəvi futbolçu Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhemin keçmiş cangüdəni Kreyq Eynsvort İspaniyada ölü tapılıb.

Sportinfo.az xəbər verir ki, onun ölümünü anası açıqlayıb.

40 yaşlı Kreyqin harada tapıldığı və necə öldüyü barədə açıqlama verilməyib.

Nəşr yazır ki, Eynsvort İspaniyada itkin düşməzdən əvvəl müəmmalı mesaj yazıb: “Əlvida, gözəl insanlar. Çoxlarınız üçün bu, şok olacaq, amma son dörd il ərzində çox əziyyət çəkdim”.

Ölən mühafizəçi 2013-2015-ci illərdə Bekhemlərin yanında işləyib. Eynsvord daha əvvəllər Conni Depp, Cennifer Lourens və Arnold Şvartsenegger kimi məşhurların da cangüdəni olub.


Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi