Bakıda mayora hücum edən kikboksçuların həbs müddəti uzadıldı

6 Aprel 2025 02:50 Hadisə 794
Bakıda mayora hücum edən kikboksçuların həbs müddəti uzadıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti uzadılıb.

Sportinfo.az xəbər verir ki, Xətai Rayon Məhkəməsi belə qərar çıxarıb. Qərara əsasən, Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun həbs müddəti 1 ay daha uzadılıb.

Zərərçəkmiş Fuad Zeynalov saytımıza açıqlamasında idmançılarla barışıq əldə edildiyini, onları bağışladığını deyib.

Yaxında iş üzrə ilkin istintaqın tamamlanacağı gözlənilir.

Təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Fotoda Fuad Zeynalov

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi