Almaniyanın məşhur qəzeti Mahirdən PİS YAZDI: “O, məyus etdi”

5 Aprel 2025 01:10 Hadisə 1 264
Almaniyanın məşhur qəzeti Mahirdən PİS YAZDI: “O, məyus etdi”

Almaniyanın "Bild" nəşri "Nürnberq"də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin oyununu tənqid edib.

Sportinfo.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisinin 27-ci turda “Yan Reqensburq”a məğlubiyyəti (1:2) haqqındakı yazıda komandanın hücum xəttindəki problemlərdən bəhs edilib:

"Miroslav Kloze zədəli olan əsas hücumçusu Stefanos Tzimasın (Bu mövsüm 12 qol vurub-red.) yoxluğuna hazır deyil. O, Stefanonun tez sağalacağına ümid edir.

Kloze "Yan Reqensburq”la oyunda (1:2) etdiyi son dəyişiklikdən də (Mahir Emrelinin meydana daxil olması nəzərdə tutulur-red.) məyus oldu.

Mahirin meydana girməsi ən yaxşı halda heyətin tamamlanması oldu. O, son qolunu noyabr ayında vurub.

Bu, Emrelinin liqada 3-cü və indiyə qədər vurduğu sonuncu qoldur".

Mahir Emreli bu mövsüm 2-ci Bundesliqada 3, kubokda isə 1 qol vurub. O, bu qolları ardıcıl 4 matçda vursa da, daha sonra oyununda eniş yaranıb.

Bundan sonra isə hücumçu bir neçə görüşdə iştirak ərizəsində də yer almayıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi