Juninyo meydana çıxdı, 1 dəqiqə sonra qələbə qolunu vurdu, ən yaxşı seçildi - VİDEO+FOTO

4 Aprel 2025 12:40 Hadisə 1 198
Juninyo meydana çıxdı, 1 dəqiqə sonra qələbə qolunu vurdu, ən yaxşı seçildi - VİDEO+FOTO

Cənubi Amerikada Libertadores Kubokunun qrup mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu Juninyonun çıxış etdiyi Braziliya “Flamenqo”su Venesuelada “Deportivo Taçira” ilə üz-üzə gəlib.

Braziliyalılar bu görüşdə 1:0 hesablı qələbə qazanıb. 56-cı dəqiqədə meydana daxil olan 28 yaşlı forvard 1 dəqiqə sonra fərqlənib.

Juninyo həm də matçın ən yaxşı oyunçusu seçilib və xüsusi mükafata layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi