Oteldə HADİSƏ - İçib komandanın yanına qayıtdı, mübahisə düşdü

3 Aprel 2025 14:00 Hadisə 1 742
Oteldə HADİSƏ - İçib komandanın yanına qayıtdı, mübahisə düşdü

I Liqada qüvvəsini sınayan «Mingəçevir»də növbəti qalmaqallı hadisə baş verib.

Bu barədə saytımıza komandadan bildirilib.

Redaksiyamıza daxil olan məlumata görə, olay futbolçuların qaldığı oteldə yaşanıb. Nigeriyalı hücumçu Fanen Jozef Akyam gecə saatlarında mehmanxanaya içkili halda gəlib.

Şəhərdə yerləşən restoranlardan birində «ley-pey» olan afrikalı legioner otelə qayıdandan sonra aranı qatıb.

Ötən mövsüm «Qaradağ Lökbatan»ın formasını geyinmiş, cari mövsümün ilk hissəsini isə Moldovada keçirmiş forvard oradakı şəxslərlə mübahisə edib.

İşçilər xoşagəlməz hadisə barədə Füzuli Məmmədovu məlumatlandırıb. Fəqət, baş məşqçi Akyama güldən ağır söz söyləməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı