“Neftçi” - “Sabah” matçının ən QALMAQALLI OLAYI - VİDEO+FOTOLAR

3 Aprel 2025 09:00 Hadisə 1 482
“Neftçi” - “Sabah” matçının ən QALMAQALLI OLAYI - VİDEO+FOTOLAR

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Neftçi” - “Sabah” matçı (1:2) qalmaqallı epizodla yadda qalıb.

Ev sahiblərinin müdafiəçisi Yuri Matias Coy-Lens Mikelsə qarşı cərimə meydançasında kobud oynasa da, qarşılaşmanın baş hakimi Əliyar Ağayev penalti təyin etməyib.

Braziliyalı arxa xətt oyunçusunun ayağını tapdaladığı almaniyalı hücumçu ağrılar içində yerdə qıvrılıb, referi yenə əhəmiyyət verməyib. Hətta VAR otağında əyləşənlər də epizoda biganə qalıb.

Mikels final fiti verilənjən az keçmiş stadiondan birbaşa xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib.

“Sabah”ın baş məşqçisi Vasili Berezutski olaya həssas yanaşıb. O, görüşdən sonra mətbuat konfransını hakimin qərarına görə yarımçıq tərk edib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı