Ağdamda mina partladı - Xəsarət alan var

3 Aprel 2025 08:20 Hadisə 595
Ağdamda mina partladı - Xəsarət alan var

Ağdam rayonunda mina partlayıb.

Hadisə barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində 1968-ci il təvəllüdlü Abbasov Nurəddin Feyzi oğlu heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olub. O, piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluq, DİN və ANAMA vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi