Çempiona tüpürdü - QALMAQAL qoparan olayın VİDEOsu

3 Aprel 2025 03:00 Hadisə 695
Çempiona tüpürdü - QALMAQAL qoparan olayın VİDEOsu

Belçikada keçirilən nüfuzlu “E3 Saxo Classic” bir günlük yarışı zamanı qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, yolun kənarından dayanan şəxslərdən biri niderlandlı ulduz velosipedçi Matyu Van Der Poelə tüpürüb.

Hadisə Ronsedə Karnemelkbeerkstraat zirvəsinə qalxarkən baş verib. Bütün bunlar VTM telekanalının kameraları tərəfindən qeydə alınıb.

Nəticədə Belçika polisi həmim azarkeşə qarşı iş açıb.

“Bu cür davranış qəbuledilməzdir. Ronse polisi araşdırmaya başlayacaq. Biz bu cür davranışa dözməyəcəyimizə dair açıq siqnal göndərmək istəyirik”, – deyə polis rəisi Hans Qaustrat bildirib.

Üzləşdiyi hərəkətə baxmayaraq, Matyu Van Der Poel yarışda qalib gələ bilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi