Qurban Qurbanov bu qərara əsəbiləşdi, planşetə təpik vurdu - Həmin anın VİDEOsu

2 Aprel 2025 18:00 Hadisə 1 491
Qurban Qurbanov bu qərara əsəbiləşdi, planşetə təpik vurdu - Həmin anın VİDEOsu

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 finalında “Araz-Naxçıvan”a qarşı keçirilən matçda qapılarına təyin edilən penaltiyə əsəbiləşib.

Sportinfo.az xəbər verir ki, o, matçın 27-ci dəqiqəsində verilən 11 metrlik cərimə zərbəsinə etiraz edib.

Q.Qurbanov əvvəlcə əlində planşetlə 4-cü hakimə epizodu göstərərək etirazını bildirib. Daha sonra isə o, planşetə təpik vuraraq onu sındırıb.

“Qarabağ” və “Araz-Naxçıvan” arasında Azərbaycan Premyer Liqasının 26-cı turunda baş tutan görüş də qalmaqalla yadda qalmışdı. Həmin matçda futbolçular arasında dava düşmüşdü.

Hazırda davam edən matçda hesab 1:0 “Araz-Naxçıvan”ın xeyrinədir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi