Məşhur azərbaycanlı iş adamı Messiyə bahalı hədiyyə etdi - VİDEO

2 Aprel 2025 19:20 Hadisə 1 005
Məşhur azərbaycanlı iş adamı Messiyə bahalı hədiyyə etdi - VİDEO

Azərbaycanlı iş adamı Adnan Əhmədzadə dünya futbol ulduzu, argentinalı Lionel Messiyə bahalı saat hədiyyə edib.

Sportinfo.az xəbər verir ki, bu barədə A.Əhmədzadə instaqram hesabındakı paylaşımda məlumat verib.

Belə ki, onun Leoya hədiyyə verdiyi saat məşhur “Jacob&Co” şirkətinin “Barselona”nın 125 illiyi münasibətilə hazırladığı modellərindən biridir.

Şirkət bu münasibətlə cəmi 125 saat buraxıb və onların hər birinin üzərində simvolik rəqəmlər əks olunub.

A.Əhmədzadə 10 rəqəmi yazılmış saatı Messiyə hədiyyə edib.

İspaniya mətbuatı saatların minimum qiymətinin 150 min dollar olduğunu yazıb. Lakin bu saatların auksionlarda daha böyük məbləğlərə satıla biləcəyi də qeyd olunub.

A.Əhmədzadə Lionel Messi ilə dostluq əlaqələrinə malikdir. Onun “Barselona” rəhbərliyi ilə münasibətləri də yüksək səviyyədədir.

Həmin görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı