Nazir Bakıda komitə prezidenti ilə görüşdü

2 Aprel 2025 04:00 Hadisə 637
Nazir Bakıda komitə prezidenti ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının (FIG) “Gimnastika hamı üçün” Komitəsinin prezidenti Roqerio Valerio ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, görüşdə gimnastikanın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması müzakirə mövzusu olub.

Həmçinin Azərbaycan və FIG-in “Gimnastika hamı üçün” Komitəsi arasında əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Görüşdə FIG-in “Gimnastika hamı üçün” Komitəsinin üzvləri və Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri də iştirak ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi