Azərbaycanda İdman Sarayı tüstüləndi, 4 nəfər zəhərləndi

27 Fevral 2024 00:50 Hadisə 722
Azərbaycanda İdman Sarayı tüstüləndi, 4 nəfər zəhərləndi

Gəncə şəhəri Nizami prospektində yerləşən Gəncə İdman Sarayında tüstülənmə olub.

Sportinfo.az xəbər verir ki, hadisə fevralın 24-də qeydə alınıb.

Binanın 3-cü mərtəbəsi ilə dam örtüyü arasında təmir işləri görülən zaman direl alətindən istifadə nəticəsində hasardaxili membrana qığılcım düşüb. Nəticədə tüstülənmə olub.

Baş verə biləcək yanğının qarşısını alarkən idman sarayının 4 nəfər əməkdaşı tüstüdən zəhərlənib.

Onlar Gəncə şəhər 3 saylı xəstəxanaya aparılıblar. Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"