
Son illər böyük inkişaf yolu keçən EFA (European Football Academy) mühüm yenilik edib. Yeddi il öncə yaradılan klub
«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyasının stadionunu icarəyə götürüb.
Sahəsi 7920m2 olan 1600 yerlik tamaşaçı tutumuna və 9 cığırlı qaçış zolağına malik, ölçüləri 105m´68m olan arena ilkin mərhələdə 1il müddətinə EFA-nın xidmətinlə olacaq.
Burada 2 mini stadion, voleybol və basketbol meydançaları, tennis kortu, həmçinin idmanla məşğul olanlar üçün bütün infrastruktur və hər bir şərait mövcuddur.
Razılığa əsasən, EFA sözügedən idman qurğusunun icarə müddəti növbəti illərdə də uzadıla bilər.
EFA 8 yaş qrupu üzrə fəaliyyət göstərir. AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi bütün çempionatlara qatılan klubun məqsədi növbəti mövsüm Gənclər Liqasında qüvvəsini sınamaqdır.
Peşəkarlıq meyarlarına söykənən EFA beynəlxalq turnirlərin daimi iştirakçısıdır. Son olaraq İtaliva və Slovakiyada keçirilən mötəbər yarışlarda ölkəmizin idman şərəfini layiqincə qoruyublar.
SPORTİNFO.AZ