Tanınmış persona bu klubu dağılmaqdan qurtardı - SON DƏQİQƏ

18 İyun 20:20 II Divizion 958
Tanınmış persona bu klubu dağılmaqdan qurtardı - SON DƏQİQƏ

I Liqanı tərk edən «Qaradağ Lökbatan»ın gələcək aqibəti dəqiqləşib.

19 ildir fəaliyyət göstərən klub yenə futbol səhnəsində qalacaq.

Bu, «Neftçi»İK-nin İdarə Aparatının sədri Sadıq Sadıqovun sayəsində mümkün olub.

Tanınmış idman adamı «Qaradağ»ın mövcudluğunu qoruyub. Vaxtilə «Neftçi»PFK-da qazandığı böyük uğurlarla adını tarixə yazdırmış dəyərli funksioner daxili imkanlar hesabına Lökbatan təmsilçisini yaşatmağa qərar verib.

Əgər Sadıqov bu problemin müsbət həllinə cəhd göstərməsəydi, QL gələn mövsüm II Liqada yarışmayacaqdı.

Sadıq Sadıqov AÇIQLADI:

İndi isə bu sual artıq ortadan qalxıb. Klubun yenidən təşkilatlanmasına başlanıb. Həmçinin Amit Quluzadə baş məşqçi postunu tərk edib.

«Qaradağ» I Liqanın bəzəyi sayılırdı. Dəfələrlə çempionatın qalibi ünvanını qazanan qəsəbə təmsilçisi 27 tura 23 xal toplayaraq, turnir cədvəlində sonuncu pilləni tutub və daha aşağı liqaya yuvarlanıb.

Mayda komadadaxili toplantı keçirilib. Rəsmilər məşqçi və futbolçularla görüşündə pis xəbər paylaşıb.

Diqqətə çatdırıblar ki, I Liqada yerini itirən «Qaradağ» futbol səhnəsindən çəkiləcək və bundan sonra yalnız uşaq futbolunda çıxışını sürdürəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!