Tanınmış futbolçu AFFA-dakı rəhbər vəzifəsini itirdi

8 Dekabr 2021 14:40 Hadisə 1 816
Tanınmış futbolçu AFFA-dakı rəhbər vəzifəsini itirdi

AFFA-da dəyişiklik baş verib. Fərrux İsmayılov Kütləvi Futbol Departamentinin rəhbəri postundan gedib.

O, bu addımı öz istəyi ilə atmayıb.

Vaxtilə millinin formasını geyinmiş keçmiş hücumçu federasiyanın digər idarəciləri ilə arasında yaranan fikir ayrılığı üzündən vəzifəsindən ayrılıb.

Bununla belə, AFFA İsmayılovu işsiz qoymaq fikrində deyil. Federasiya ona aşağı yaş qruplarından birində təyinat vermək niyyətindədir.

İsmayılov əvvəllər də yığmalarda çalışıb. Onadək isə “Bakı”nın akademiyasında fəaiiyyət göstərib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT