“Bakı”lı hücumçu bu ölkədə prezidentliyə namizəd olacaq

15 Sentyabr 21:20 Hadisə 708
“Bakı”lı hücumçu bu ölkədə prezidentliyə namizəd olacaq

"Bakı"nın formasını geyinmiş Allan Vanqa özünə yeni hədəf müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, karyerasını yenicə başa vuran 36 yaşlı hücumçu Keniya Futbol Federasiyasının prezidenti olmaq arzusundadır.

14 illik karyerasını tamamlayan Vanqa 2024-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır. O, ölkə futbolunu daha yüksək səviyyəyə çatdıracağına inandığını söyləyib.

2009/10 mövsümündə “Bakı”nın heyətində Premyer Liqada 6 oyun keçirən Allan Vanqa paytaxt təmsilçisi ilə Azərbaycan kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti