Türkiyəli futbolçular Bakıda mübahisə edib və dalaşıb – ŞOK OLAY!

23 İyun 2021 14:00 Hadisə 1 399
Türkiyəli futbolçular Bakıda mübahisə edib və dalaşıb – ŞOK OLAY!

Avro-2020-də uğursuz çıxış edən Türkiyə yığmasının İsveçrə ilə Bakı Olimpiya Stadionundakı oyundan əvvəlki məşqində gərginlik yaşanıb.

Sportinfo.az “CNN Türk”ə istinadən xəbər verir ki, komandanın hücumçuları Halil Dervişoğlu və Enes Ünal arasında yaranan mübahisə əlbəyaxa davaya gətirib çıxarıb.

Digər futbolçuların müdaxiləsindən sonra ara sakitləşib. Bundan sonra baş məşqçi Şenol Günəş hər iki oyunçuya xəbərdarlıq edib.

Nəticədə İsveçrə ilə matçda meydana çıxmalı olan forvardlar ehtiyat oyunçular skamyasında oturmalı olublar.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM