Rəhbərlikdən uzaqlaşdırılan şəxsə yeni vəzifə verildi

6 Oktyabr 2024 01:20 Gündəm 1 286
Rəhbərlikdən uzaqlaşdırılan şəxsə yeni vəzifə verildi

"İdman Azərbaycan” kanalının keçmiş rəhbəri Rövşən Binnətliyə yeni vəzifə verilib.

Sportinfo.az xəbər verir ki, Rövşən Binnətli son yaş həddinə görə vəzifəsindən azad edilib.

O, bundan sonra fəaliyyətinə Azərbaycan Dövlət Radiosunda redaktor kimi davam edəcək.

Onun əvvəlki vəzifəsinə isə hələlik təyinat yoxdur.

Rövşən Binnətli ölkəmizdə peşəkar, qocaman idman jurnalisti və şərhçilərindən biridir.

O, 2023-cü ilin yanvarında "İdman Azərbaycan” kanalına direktor təyin edilmişdir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”